Rusiya kəşfiyyatının rəhbəri rəsmən açıqladı: Hazırlaşırlar, müharibə olacaq
Bizi izləyin

Dünya

Rusiya kəşfiyyatının rəhbəri rəsmən açıqladı: Hazırlaşırlar, müharibə olacaq

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin Şimali Atlantika Alyansının avropalı üzvlərinin Rusiya ilə müharibəyə hazırlığından danışıb.

Publika.az xəbər verir ki, Narışkinin sözlərini Rusiya mətbuatı sitat gətirib:

“Biz, şübhəsiz ki, NATO-nun Avropadakı müttəfiqlərinin ölkəmizlə müharibəyə hazırlaşdığını görürük. Bu məqsəd üçün təyin edilmiş NATO Müttəfiq Cavab Qüvvələrini bütün lazımi resurslarla tez bir zamanda təmin etmək vəzifəsi qoyulub".

Narışkinin fikrincə, İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın işğalı altında yaşamağa öyrəşmiş Avropa dəyişən beynəlxalq reallıqlara uyğunlaşa bilmir. O iddia edib ki, Avropanın xarici siyasət nazirliklərində Avropa İttifaqı daxilində orta və uzunmüddətli təhlükəsizlik həllərinin olmamasından irəli gələn bədbinlik hökm sürür.

Bundan əlavə, Narışkin bildirib ki, Avropa hərbi-sənaye kompleksinin istehsalının artırılması prosesinə başlanılıb, səfərbərlik təlimləri və Rusiyadan qaçılmaz aqressiya təbliğatı ilə əhalinin "zombifikasiyası" müntəzəm əsaslara keçib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm