UEFA-dan azərbaycanlı hakimə növbəti təyinat
Bizi izləyin

İdman

UEFA-dan azərbaycanlı hakimə növbəti təyinat

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

Publika.az xəbər verir ki, o, Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda keçiriləcək "Genk" (Belçika) - "Betis" (İspaniya) qarşılaşmasının baş hakimi olacaq. Bu barədə AFFA məlumat yayıb.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Almaniyalı Robert Şröder VAR, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, görüş oktyabrın 23-də Genk şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm