ABŞ
Bayden xərçəng xəstəliyindən... - Mətbuat xidmətindən açıqlama
ABŞ-ın keçmiş prezidenti Co Bayden prostat vəzi xərçənginin aqressiv formasının şüa müalicəsini başa çatdırıb.
Publika.az xəbər verir ki, bu barədə “The Hill” Baydenin mətbuat katibinə istinadən yazıb.
Katib bildirib ki, ABŞ-ın 46-cı prezidenti bazar ertəsi xərçəngə qarşı şüa terapiyasını başa vurub və özünü yaxşı hiss edir. Müalicə bir neçə həftə davam edib.
O, Baydenin başqa bir müalicə kursuna ehtiyacı olub-olmayacağı ilə bağlı həkimlərin proqnozlarını şərh etməkdən imtina edib.
Qeyd edək ki, 82 yaşlı Bayden keçən ay da dəri xərçəngindən müalicə almışdı.
Xatırladaq ki, may ayında 82 yaşlı Co Baydenə sümüklərinə metastaz vermiş prostat xərçənginin aqressiv forması diaqnozu qoyulduğu açıqlanmışdı. O vaxtdan bəri o, nadir hallarda ictimaiyyət qarşısına çıxır. Keçmiş prezidentin mətbuat katibi Baydenin xəstəliyini gizlətməsi ilə bağlı ittihamları rədd edib.
Adəm
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO




























.png)

.jpg)





