Dünya
Ayı məşhur hakimi parçaladı

Yaponiyada ayı uzun illər güləş yarışlarını idarə edən məşhur hakimi parçalayaraq öldürüb.
Publika.az xəbər verir ki, bu barədə “The Asahi Shimbun” məlumat yayıb.
Oktyabrın 16-da səhər saatlarında İvate prefekturasında otelin 60 yaşlı əməkdaşının yoxa çıxması xəbəri yayılıb. Otel sahibi polislə əlaqə saxlayıb və açıq havada hamamı təmizləyən işçinin yoxa çıxdığını bildirib. Onun əşyaları, o cümlədən tərlik və gün eynəyi hamamın ətrafına səpələnmişdi. Otelin hasarında heyvan tükləri və qan ləkələri aşkar edilib.
Səlahiyyətlilər ayı hücumundan şübhələnib və ovçuların da iştirakı ilə axtarış əməliyyatı təşkil ediblər. Oktyabrın 17-də səhər saatlarında itkin düşmüş şəxsin meyiti oteldən təxminən 50 metr aralıda yerləşən meşədə tapılıb. Tezliklə heyvanın qurbanının yapon güləşinin tanınmış siması Katsumi Sasazaki olduğu məlum olub. O, uzun illər müxtəlif promosyonlarda hakim kimi çalışıb və "Pələng Katsumi" ləqəbi ilə tanınıb. Oteldə işləməmişdən əvvəl qadın güləşi yarışlarında hakimlik edib, həm də avtobus sürücüsü kimi part-time işləyib.
-
Hadisə17:43
Təcili yardım həkiminin iynə vurduğu 43 yaşlı kişi öldü
-
İdman15:12
Qurban Qurbanov oğlu ilə bağlı aldığı xəbərə üzüldü
-
Nida Xəbər 14:44
Tokayevdən Əliyevə maraqlı hədiyyə - VİDEO
-
Rəsmi xronika14:13
Azərbaycan Ermənistana qarşı bu məhdudiyyətləri aradan qaldırdı
-
Sağlamlıq14:10
Əsrin bəlası deyilmiş: 41 min il əvvəl insanlar xərçəngdən belə qorunurmuş
-
Sosial13:10
Pensiya alanların nəzərinə!
-
İdman12:38
127 yaşı, 370 milyon dəyəri var: "Qarabağ"ı Bilbaoda nə gözləyir?
-
Hadisə11:40
“Bakubus” avtobusu bulvara girdi - VİDEO