Hadisə
Təcili yardım həkiminin iynə vurduğu 43 yaşlı kişi öldü

Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Akif Abgül oğlu Baxşıyev qəfil dünyasını dəyişib.
Publika.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 41 "A" məhəlləsində baş verib.
A.Baxşıyev gecə saatlarında özünü pis hiss edərək, mədə ağrılarından şikayətlənib. Ailə üzvləri onun vəziyyətinin pisləşdiyini görərək, təcili tibbi yardıma müraciət ediblər. Yaxınlarının iddiasına görə, A.Baxşıyev həkimlər tərəfindən iynə vurulduqdan az sonra ölüb.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, 21.10.2025-ci il tarixində saat 00:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri ərazisindən təcili çağırış daxil olub:
“Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1983-cü il təvvəllüdlü (kişi cinsli) şəxsə kəskin koronar sindrom, kardiogen şok diaqnozu qoyulub və ilkin tibbi yardımın həyata keçirilməsinə baxmayaraq həkim yanında ölüm qeydə alınıb”.
-
Sosial20:36
19 yaşlı Ləmanın atası HƏR ŞEYİ DANIŞDI: ölümünə səbəb bu olub - FOTO
-
Magazin120:24
“Sevdimsə, bir dəliyə çevrilirəm” - FOTO
-
Hadisə20:12
Şəkidən ACI XƏBƏR - 3 nəfər hadisə yerində öldü
-
Kriminal19:36
Samik Babayev Almaniyadan Azərbaycana ekstradisiya ediləcək
-
Sağlamlıq19:00
Nar şirəsinin daha bir faydası üzə çıxdı, amma... - Həkimdən XƏBƏRDARLIQ
-
Hadisə17:43
Təcili yardım həkiminin iynə vurduğu 43 yaşlı kişi öldü
-
İdman15:12
Qurban Qurbanov oğlu ilə bağlı aldığı xəbərə üzüldü
-
Nida Xəbər 14:44
Tokayevdən Əliyevə maraqlı hədiyyə - VİDEO