İdman
Abubakar rəsmən "Neftçi"də

“Neftçi” ulduz futbolçu Vensan Abubakarı transfer edib.
Publika.az xəbər verir ki, Kamerun milli komandasının hücumçusu artıq “Neftçi”nin üzvüdür. 45 nömrəli formanı geyinəcək futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.
Sonuncu klubu “Hatayspor” olan Abubakar vətənindən başqa, Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı liqalarında da çıxış edib. O, “Porto” ilə Portuqaliya çempionatının (2018, 2020), kubokunun (2020) və Superkubokunun (2018), “Beşiktaş”la Türkiyə çempionatının (2017, 2021), kubokunun (2021, 2024) və Superkubokunun (2024) qalibi olub.
Kamerun milli komandasının kapitanı olan hücumçu yığmanın heyətində 115 oyun keçirib, 45 qola imza atıb. Abubakar 2017-ci ildə milli ilə Afrika Kubokunu başı üzərinə qaldırıb, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.
Qeyd edək ki, Publika.az Vensan Abubakarı “Neftçi”yə transfer olunacağı barədə ötən ay məlumat yaymışdı.
Heybət
-
Sosial20:36
19 yaşlı Ləmanın atası HƏR ŞEYİ DANIŞDI: ölümünə səbəb bu olub - FOTO
-
Magazin120:24
“Sevdimsə, bir dəliyə çevrilirəm” - FOTO
-
Hadisə20:12
Şəkidən ACI XƏBƏR - 3 nəfər hadisə yerində öldü
-
Kriminal19:36
Samik Babayev Almaniyadan Azərbaycana ekstradisiya ediləcək
-
Sağlamlıq19:00
Nar şirəsinin daha bir faydası üzə çıxdı, amma... - Həkimdən XƏBƏRDARLIQ
-
Hadisə17:43
Təcili yardım həkiminin iynə vurduğu 43 yaşlı kişi öldü
-
İdman15:12
Qurban Qurbanov oğlu ilə bağlı aldığı xəbərə üzüldü
-
Nida Xəbər 14:44
Tokayevdən Əliyevə maraqlı hədiyyə - VİDEO