Ərdoğanı Küveytdə belə qarşıladılar - FOTOLAR
Bizi izləyin

Dünya

Ərdoğanı Küveytdə belə qarşıladılar - FOTOLAR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Küveytə rəsmi səfər edib.

Publika.az xəbər verir ki, Ərdoğanı Küveyt Beynəlxalq Hava Limanında ölkə əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah təntənəli mərasimlə qarşılayıb.

Qarşılama mərasimində Küveytin ictimai işlər naziri Dr. Nora Məhəmməd Əl Maşaan, Şeyx Məhəmməd Sabah əl-Səlim əs-Sabah, digər rəsmi şəxslər və Türkiyənin Küveytdəki səfirliyinin nümayəndələri iştirak ediblər.

Mərasimdən sonra Ərdoğan və onun nümayəndə heyəti ikitərəfli və geniş tərkibli danışıqların keçiriləcəyi Bayan Sarayına yola düşüblər.

Səfər çərçivəsində iki ölkə arasında bir sıra müqavilələrin imzalanacağı və Ərdoğanın Küveyt əmiri tərəfindən verilən rəsmi şam yeməyində iştirak edəcəyi gözlənilir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm