Rusiya hərbi gəmisi Britaniya sularında göründü
Bizi izləyin

Dünya

Rusiya hərbi gəmisi Britaniya sularında göründü

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin esminesi və helikopteri ölkə sularında Rusiya hərbi gəmisini izləmək üçün NATO-nun 48 saatlıq əməliyyatına qoşulub. Bu, alyansın tarixində ilk belə əməliyyat kimi qeyd olunur.

Publika.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

Bildirilib ki, Kral Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi ilk dəfədir NATO-nun birbaşa komandanlığı altında əməliyyata göndərilib.

Əməliyyat zamanı Britaniya esminesi qabaqcıl sensor və izləmə sistemlərindən istifadə edərək, Şimal dənizində Rusiya hərbi gəmisini müəyyən edib və onun La-Manş boğazından qərbə, Fransa sahillərindəki Uessant adasına doğru hərəkətini müşahidə edib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm