ABŞ
Tramp dünyanın gözlədiyi ŞAD XƏBƏRİ ELAN ETDİ - Daha bir qanlı müharibə bitmək üzrədir
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynada münaqişənin başa çatması “artıq yaxınlaşır”.
Publika.az xəbər verir ki, onun çıxışı Ağ Evin "YouTube" kanalında yayımlanıb.
“Nə Corc Vaşinqton, nə də Abraham Linkoln 8 müharibəyə son qoymadı. Mən artıq 8 müharibəni bitirmişəm, doqquzuncu (Ukraynada) bitmiş müharibə isə artıq yoldadır” – deyə Tramp qeyd edib.
Bundan əvvəl "Bloomberg" məlumatlı mənbələrə istinadla yazmışdı ki, Avropa ölkələri və Ukrayna döyüş əməliyyatlarının dayandırılması üçün 12 bəndlik plan hazırlayır. Bu plan sanksiyaların ləğvini də nəzərdə tutur.
Eyni zamanda Ukrayna Prezidenti Volodimir Zelenski yenidən atəşkəsin mövcud cəbhə xətti üzrə elan olunması və sonrakı danışıqlarla sülh prosesinin başlanmasını təklif edib. Onun sözlərinə görə, hazırkı döyüş təmas xətti münaqişənin diplomatik yolla həlli üçün başlanğıc nöqtəsi ola bilər.
Hüseyn İbadlı
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO




























.png)

.jpg)





