Nida Xəbər
"Səmavi dinlər" layihəsi Vatikanda təqdim edildi

"Səmavi dinlər" layihəsi əsasında Azərbaycan xalçaçılarının ərsəyə gətirdiyi triptix Vatikanda təqdim edilib.
Publika.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Roma Papası XIV Leo ilə görüşündə təqdimatı olan bu sənət əsəri iudaizm, xristianlıq və İslam dinlərinə həsr edilib, dərin fəlsəfi düşüncənin, milli sənətkarlıq ruhunun təcəssümüdür.
Hər üç xalça özündə fərqli dinləri və mədəniyyətləri simvollaşdırır, lakin bir araya gələndə insanlığın ortaq dəyərlərini – sülhü, mərhəməti və ədaləti ifadə edir.
Layihə Azərbaycan mədəniyyətinin dərinliyindən gələn universal dəyərlərin, mədəni diplomatiya strategiyasının təcəssümüdür.
Triptixin həm Vatikanda, həm də dünyanın müxtəlif ölkələrində sərgilənməsi planlaşdırılır. Bu baxımdan əsərin Azərbaycanın multikultural irsinin dünyaya tanıdılması baxımından mədəni-siyasi mənası var. Bu, Azərbaycanın mədəni səsinin qlobal miqyasda eşidilməsini, Azərbaycan xalça sənətinin yalnız estetik deyil, həm də fəlsəfi dəyər daşıdığını göstərir.


-
Hadisə19:00
Bakı metrosunda ölüm hadisəsi baş verdi
-
Nəqliyyat18:30
Bakıda axşam tıxacı: 13 yol keçilməz oldu
-
Nəqliyyat18:10
Azərbaycanda 71 yaşlı qadın taksi sürür
-
Dünya17:35
Bu ölkədə türk dili və ədəbiyyatı tədris olunacaq
-
Nida Xəbər 16:37
"Səmavi dinlər" layihəsi Vatikanda təqdim edildi
-
İqtisadi gündəm15:52
Yaşayış minimumu bu qədər artırılır
-
İdman15:13
"Qarabağ" "Atletik"ə qalib gəlsə... - Görün futbolçular nə qədər mükafat alacaq
-
Rəsmi xronika14:48
İlham Əliyev Yaqub Eyyubova "İstiqlal" ordenini təqdim etdi - YENİLƏNDİ