5,6 milyard avroluq fiasko: F-35 qırıcıları aldılar, amma...
Bizi izləyin

Dünya

5,6 milyard avroluq fiasko: F-35 qırıcıları aldılar, amma...

Belçikanın ABŞ-dən aldığı F-35 tipli müasir döyüş təyyarələrinin ilk partiyası ölkəyə çatıb, lakin ortaya çox böyük bir problem çıxıb. Belə ki, bu təyyarələrin Belçikanın hava məkanında uça bilmədiyi anlaşılıb.

Publika.az xəbər verir ki, təhvil mərasimindən az sonra ordu və hökumət ölkənin məhdud hava məkanının bu təyyarələrin uçuş və təlimləri üçün yararsız olduğunu anlayıb.

Kiçik əraziyə və sıx hava məkanına malik ölkədə hərbi təyyarələr üçün təlim zonaları çatışmır.

Baş verənlər yerli mediada satirik başlıqlarla tənqid olunur.

Müdafiə naziri Teo Franken vəziyyətdən çıxış yolu tapmaq üçün Niderland, Norveç və İtaliya ilə danışıqlara başlayıb. Məqsəd Belçika pilotlarının bu ölkələrin hava məkanında məşq etməsinə icazə almaqdır.

Xatırladaq ki, Belçika hökuməti 2018-ci ildə ABŞ-dan 34 ədəd F-35 qırıcısı sifariş edib. Müqavilənin ümumi dəyəri 5,6 milyard avro təşkil edir. Beşinci nəsil bu təyyarələr dünyanın ən qabaqcıl hərbi texnologiyalarından biri hesab olunur. İlk təyyarələr artıq təhvil verilib və rəsmi mərasimdə Belçika kralı şəxsən iştirak edib. Hökumət bu layihəni ölkənin hərbi yenilənməsi və güclənməsi kimi təqdim etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm