Boltonun açıqlaması DÜNYANI SİLKƏLƏDİ - “Belə bir an yenidən baş verə bilər”
Bizi izləyin

ABŞ

Boltonun açıqlaması DÜNYANI SİLKƏLƏDİ - “Belə bir an yenidən baş verə bilər”

"ABŞ Prezidenti Donald Trampın davranışları proqnozlaşdırıla bilməz, dövlət başçısı istənilən anda NATO-dan çıxmaq qərarı verə bilər".

Publika.az xəbər verir ki, bu barədə “Decoding Geopolitics” podkastında prezidentin keçmiş müşaviri Con Bolton bildirib.

“Düşünürəm ki, Tramp okeandakı dalğalara bənzəyir. Bu gün hər şey kifayət qədər yaxşı görünür. Dalğanın zirvəsindəyik, o, NATO haqqında xoş sözlər deyir. Amma bu uzun sürməyəcək. Gəlin bir neçə aydan sonra bu barədə danışaq, görək o zaman NATO haqqında nə deyəcək”, - Bolton deyib.

Boltonun sözlərinə görə, Tramp 2018-ci ildə NATO sammitində Şimali Atlantika Alyansından çıxmağı düşünürdü. Keçmiş müşavir hesab edir ki, Tramp “bir anlıq sərhədi keçdi, amma sonra geri çəkildi.”

“O zaman çıxışında elan etmədi. Amma buna çox yaxın idi. Və düşünmürəm ki, bu bir oyun idi — o, son ana qədər nə qərar verəcəyini həqiqətən bilmirdi. Belə bir an yenidən baş verə bilər,” - deyə Bolton vurğulayıb.

2025-ci ilin avqust ayında Tramp bildirib ki, NATO ölkələrinin liderləri onun bütün istəklərini yerinə yetirirlər. Ağ Evin rəhbəri qeyd edib ki, bir il əvvəl ABŞ tənəzzüldə idi, lakin indi dünyanın “ən cazibədar ölkəsi” sayılır. Onun sözlərinə görə, bunu NATO-ya üzv ölkələrin liderləri də etiraf edirlər.

Boltonun ABŞ-ın NATO-dan çıxması ehtimalı ilə bağlı açıqlamasından sonra alyansın Avropadakı keçmiş baş komandanı Ceyms Stavridis Şimali Atlantika Alyansının ABŞ-sız gələcək mövcudluğu barədə düşünməyə çağırıb. Onun fikrincə, ABŞ-ın NATO-dan çıxması “epik miqyasda bir səhv” olardı, lakin Respublikaçılar Partiyasında bu ideyanı ciddi şəkildə dəstəkləyən nüfuzlu siyasətçilər var.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm