Xırdalanda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Xırdalanda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ

Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində taxtalar yığılmış ərazidə baş verən yanğın söndürülüb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində, havanın küləkli olmasına baxmayaraq yanğının genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən tikililərə yayılmasına imkan verilmədən qarşısı alınıb.

Yanğın nəticəsində həyətyanı ərazidə 500 kv.m. sahədə taxta tullantıları, ümumi sahəsi 50kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik yerləşən talvarın taxta atmaları yanıb.

Yaxınlıqda yerləşən tikililər və hava elektrik xətləri yanğından mühafizə olunub.

xxx

20:21

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Publika.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onbeşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.

FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 30 kv.m olan birotaqlı mənzilin zalı 25 kv.m sahədə yanıb.

Qonşu mənzillər yanğından mühafizə edilib.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 15 nəfər bina sakini təxliyə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm