Bu ölkə Rusiya enerjisindən imtina etdi: Təbii qaz xərcləri kəskin artdı
Bizi izləyin

Dünya

Bu ölkə Rusiya enerjisindən imtina etdi: Təbii qaz xərcləri kəskin artdı

İtaliyanın yanvar-avqust ayları ərzində təbii qaz və neft idxalına xərcləri üç il əvvəl ilə müqayisədə 31,4 faiz artaraq 38,5 milyard avroya çatıb.

Publika.az "Sputnik"ə istinadən xəbər verir ki, bu artımın əsas səbəbi tərəfdaşların dəyişməsi olub.

2021-ci ildə İtaliyanın təbii qaz idxalının təxminən 41 faizi Rusiyadan gəlirdi, lakin bu rəqəm 2025-ci ildə 2 faizdən də aşağıdır. Hazırda isə ehtiyacların böyük bir hissəsini ABŞ, Qətər və Şimali Afrika ölkələrindən mayeləşdirilmiş təbii qazla ödəyir. Rusiya qaz idxalından imtina isə tariflərin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Ümumiyyətlə, İtaliyanın xarici ticarəti durğun vəziyyətdədir. İxrac üç ildə cəmi 1,49 faiz artaraq 2022-ci ildəki 147,9 milyard avrodan bu il 149 milyard avroya çatıb.

Baş nazir Corca Meloni hakimiyyətə gəlməzdən əvvəl 2022-ci ildə orta hesabla 16 faiz artan idxal onun səlahiyyət müddətinin ilk iki rübündə 3,4 faiz artıb. Daha sonra idxal orta hesabla 0,4 faiz azalaraq ikinci rübdə 137,6 milyard avroya çatıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm