İdman
Azərbaycanlı futbolçu Rusiya millisinə çağırıldı: Babayev əlimizdən çıxır?
Bir neçə gün öncə vurduğu qollarla Rusiya gündəmini zəbt edən "Dinamo Moskva"nın azərbaycanlı futbolçusu Ülvi Babayev yenidən diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, o, Rusiyanın gənclər (U-21) yığmasının genişləndirilmiş heyətinə çağırılıb. Baş məşqçi İvan Şabarov noyabrda Qırğızıstanda keçiriləcək beynəlxalq turnirdə 21 yaşlı vingerə şans verə bilər.
Qeyd edək ki, Babayev AFFA-nın milli komandaya cəlb etmək istədiyi azərbaycanlı futbolçulardan biridir. Əslən İmişlidən olan Ülvinin atası Laçın Babayevlə bu məsələ ətrafında müzakirə aparılıb, lakin danışıqlar açıq qalıb.
Ülvinin Azərbaycan millisində çıxış etmək ehtimalı hələ də var. Buna səbəb onun Rusiyanın əsas yığmasında rəsmi oyun keçirməməsidir. FİFA qarşılıqlı razılıq olduğu halda aşağı yaş qrupları üzrə komandalarda çıxış edən futbolçulara idman vətəndaşlığını dəyişməyə icazə verir.
Xatırladaq ki, Moskva “Dinamo”sunun üzvü olan Ülvi Babayev Rusiya kuboku çərçivəsində baş tutan “Krılya Sovetov”la görüşdə (4:0) het-trik etməklə gündəmə gəlmişdi.
Heybət
-
Rəsmi xronika13:29İlham Əliyev bu nazirliklə bağlı sərəncam imzaladı
-
Hadisə12:47Toyunda vəfat edən Əfsanə ilə bağlı təfərrüat: Uşaq bətnində ölüb
-
İdman11:29Azərbaycanlı futbolçu Rusiya millisinə çağırıldı: Babayev əlimizdən çıxır?
-
Nida Xəbər 10:56Mehriban Əliyeva Türkiyəni təbrik etdi
-
İdman10:40Emreli bir "bəyənmə" ilə Almaniyanı bir-birinə vurdu: Görünür bundan həzz alıb - FOTOFAKT
-
MDB09:56Ukrayna rusların yuxusunu bu gecə də qaçırdı: Düz 100 PUA ilə...
-
Dünya09:50ABŞ kəşfiyyatı hesabatı təqdim etdi: Putinin məqsədi budur
-
Maraq dünyası08:33Ən çox boşanan bürclər
























.jpg)








.jpg)




