Emreli bir "bəyənmə" ilə Almaniyanı bir-birinə vurdu: Görünür bundan həzz alıb - FOTOFAKT
Bizi izləyin

İdman

Emreli bir "bəyənmə" ilə Almaniyanı bir-birinə vurdu: Görünür bundan həzz alıb - FOTOFAKT

Almaniyanın "Kayzerslautern" klubunun azərbaycanlı üzvü Mahir Emreli yenə gündəmə gəlib.

Publika.az xəbər verir ki, millimizin hücumçusu bu dəfə də qalmaqalın baş qəhrəmanıdır. 28 yaşlı hücumçu bu dəfə sosial şəbəkə hesabında komandasının buraxdığı qolu bəyəndiyi üçün hədəfə çevrilib.

Belə ki, II Bundesliqada ötən tur "Kayzerslautern" "Nürnberq"lə üz-üzə gəlib. Son görüşlərdə heyətdən kənarda qalan azərbaycanlı forvard bu dəfə də matçı kənardan izləməli olub. Qarşılaşma da 1:1 hesabı ilə yekunlaşıb.

Mahirin sabiq komanda yoldaşı və yaxın münasibətdə olduğu Robin Knohe həmin görüşdə penaltidən fərqlənib. Robin matçdan sonra qolunu "İnstaqram" hesabında paylaşıb, futbolçumuz da "bəyənmə"yi unutmayıb.

Bundan sonra aləm bir-birinə dəyib. Hətta Almaniyanın nüfuzlu "Bild" nəşri də məsələ ilə bağlı məqalə dərc edib. Yazıda bu ifadələrə yer verilib:

"Başqaları üçün xoşbəxt olmaq xoşdur. Amma bu, öz komandanızın uğursuzluğu ilə əlaqələndirildikdə mübahisəlidir. 90+3-cü dəqiqədəki qol "Kayzerslautern"in qələbəni əldən verməsinə səbəb olub. Görünür Emreli bundan həzz alıb. O, rəqibi qəsdən təbrik edir?"

Qeyd edək ki, azərbaycanlı forvard yayda "Nürnberq"dən "Kayzerslautern"ə keçib. O, Polşanın "Legiya", Xorvatiyanın "Dinamo", Türkiyənin "Konyaspor" klublarında da legioner həyatı yaşayıb.

Hebyət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm