Dünya
İçərisində insan hissələri olan 48 çanta tapıldı - FOTO/VİDEO
Meksikada çantalarda bədən hissələrinin olduğu böyük kütləvi məzarlıq aşkar edilib.
Publika.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Xalisko Ştat Prokurorluğu Qvadalaxara səhrası yaxınlığında 48 çanta insan qalıqlarının tapıldığını təsdiqləyib. Xüsusi axtarış qrupu bir ay əvvəl boş ərazidə dəfn yeri aşkar edib. Ekspertlər hazırda orada basdırılan cəsədlərin ümumi sayını müəyyən edə bilmirlər.
"Bu qalıqların neçə qurbana aid olduğunu müəyyən etmək üçün məhkəmə-tibbi ekspertiza ciddi işləməlidir", - deyə itkin düşənlər üzrə prokurorun müavini Blanca Trujillo bildirib.
O qeyd edib ki, dəfn sahəsi böyük olduğuna görə axtarış qrupu bütün qalıqları çıxarmaq üçün ağır texnikadan istifadə edilməli olub. Tapılan meyit parçaları laboratoriyaya göndərilib.
Qeyd edək ki, regional ekspertlər bunu ABŞ tərəfindən xarici terror təşkilatı kimi tanınan "Jalisco New Generation" kartelinin fəaliyyəti ilə əlaqələndirirlər. Kartelin lideri El Menç haqqında məlumat üçün 15 milyon dollar (təxminən 25 milyon 500 min manat) mükafat təklif edilib.
Xatırladaq ki, 2006-cı ildən bəri Meksikada 127 mindən çox insan itkin düşüb, 2017-ci ildə Verakruzda 250 kəllənin olduğu dəfn yeri və 2025-ci ilin yanvarında ölkənin şimalında kütləvi məzarlıqlar aşkar edilib.
Adəm
-
Rəsmi xronika16:52Prezident bir sıra məhkəmələrə sədr təyin etdi
-
Sosial16:36Prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq etdi
-
Sağlamlıq16:02Əfsanəvi suşi aşpazı sirri açdı: 100 yaşa necə çatıb?
-
Sosial15:56Yayılan xəbərlərdən sonra gecə ilə “Bolmart”ın rəhbəri dəyişdi, amma... - FOTOFAKT
-
İdman15:14Otel otağında sürpriz: Vinisius üç uşaq anası olan sevgilisi ilə barışdı - FOTO/VİDEO
-
Rəsmi xronika13:29İlham Əliyev bu nazirliklə bağlı sərəncam imzaladı
-
Hadisə12:47Toyunda vəfat edən Əfsanə ilə bağlı təfərrüat: Uşaq bətnində ölüb
-
İdman11:29Azərbaycanlı futbolçu Rusiya millisinə çağırıldı: Babayev əlimizdən çıxır?




















.jpg)








.jpg)




