Bu ölkəni sel aparır: 9 nəfər ölüb, 5 nəfər itkin düşüb
Bizi izləyin

Dünya

Bu ölkəni sel aparır: 9 nəfər ölüb, 5 nəfər itkin düşüb

Vyetnamda daşqınlar nəticəsində azı doqquz nəfər ölüb, beş nəfər itkin düşüb.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Bildirilib ki, daşqınlar 100 mindən çox evi, ölkənin turistik Hue və Hoi Anda bölgələrini su altında qoyub.

"Çaylarda və şəhər yerlərində genişmiqyaslı daşqınlar davam edir. Dananqın dağlıq ərazilərində qəfil daşqınlar və sürüşmə riski yüksəkdir. Bir neçə ərazidə sürüşmə baş verib, nəqliyyat dayandırılıb və elektrik şəbəkələri sıradan çıxıb", - deyə məlumatda qeyd olunub.

Hökumətin hava proqnozu agentliyinə görə, Vyetnamın mərkəzi hissəsində növbəti iki gün ərzində güclü yağışlar davam edəcək.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm