Hakimiyyətlə narkotik tacirləri arasında əsl müharibə: Onlarla ölən və yaralanan var - VİDEO
Bizi izləyin

Dünya

Hakimiyyətlə narkotik tacirləri arasında əsl müharibə: Onlarla ölən və yaralanan var - VİDEO

Rio-de-Janeyro polisi son illərdə şəhərin ən güclü və zorakı cinayətkar qruplarından biri olan "Qırmızı Komanda"ya (Comando Vermelho) qarşı ən böyük əməliyyatını həyata keçirir.

Publika.az "G1" portalına istinadən xəbər verir ki, şəhərin şimal hissəsindəki favelalarda ("gecəqondu" və ya "yoxsul məhəlllə", kənddən şəhərlərə köçən və yaşayış yeri olmayan insanların məskəni) keçirilən əməliyyatda təxminən 2500 təhlükəsizlik işçisi iştirak edir.

Son məlumatlara görə, toqquşmalarda azı 20 nəfər, o cümlədən 18 şübhəli dəstə üzvü və iki polis əməkdaşı həlak olub. Dörd polis əməkdaşı, beş şübhəli şəxs və üç mülki şəxs də daxil olmaqla onlarla insan yaralanıb.

56 nəfərin saxlanıldığı bildirilir. Əvvəllər 5 nəfərin öldüyü və 25 nəfərin həbs edildiyi bildirilsə də, axşam saatlarında ölənlərin sayı xeyli artıb.

Qeyd olunur ki, əməliyyat "Qırmızı Komanda"nın nəzarətində olan ərazilərdə aparılır. Cinayətkarlar müqavimət göstərir, polisə atəş açır, barrikadaları yandırır, partlayıcı qurğularla silahlanmış dronlardan istifadə edirlər.

Xatırladaq ki, "Qırmızı Komanda" Rio-de-Janeyroda ən qədim və təhlükəli cinayətkar təşkilatlardan biri hesab olunur. Qrup narkotik ticarətinin bir hissəsinə və şəhərin bir sıra rayonlarına nəzarət edir.

Səlahiyyətlilərin dediyinə görə, əməliyyatın məqsədi dəstənin təsirini zəiflətmək və onun 100-ə yaxın üzvünü həbs etməkdir.

Məlumatda o da qeyd olunur ki, favelanın təmizlənməsi davam edir və Rio-de-Janeyronun şimal hissəsində vəziyyət gərgin olaraq qalır.

Ən son məlumata görə, əməliyyat zamanı dördü polis məmuru olmaqla azı 64 nəfər ölüb, daha 81 nəfər həbs edilib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm