İdman
UEFA klub prezidentinə intizam işi açdı
Fransanın “Lill” klubunun prezidenti Oliviye Letanq Avropa Liqasının PAOK ilə matçındakı hakimlik səviyyəsi barədə fikirləri səbəbindən cəzalandırıla bilər.
Publika.az "L’Equipe"-ə istinadən xəbər verir ki, üçüncü tur matçında onun komandası yunan rəqibi qarşısında 3:4 hesabı ilə məğlub olub və Letanq hakimlikdən çox narazı qalıb. Məlumata görə, oyundan sonra funksioner baş hakim Nikola Dabanoviçə yaxınlaşıb və telefonu göstərərək deyib: “Mən Çeferinə zəng edirəm, bu dəlilikdir”.
"Lill" prezidentinə tətbiq oluna biləcək cəzalar arasında maliyyə cəriməsi və ya qısamüddətli diskvalifikasiya var.
Qeyd edək ki, bu mövsüm Letanq artıq oxşar hadisəyə görə cəzalanıb. Liqa 1-də "Lion"la matçın hakimini tənqid etdiyinə görə bir oyun diskvalifikasiya və iki oyun şərti cəza alıb.
Heybət
-
Rəsmi xronika16:52Prezident bir sıra məhkəmələrə sədr təyin etdi
-
Sosial16:36Prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq etdi
-
Sağlamlıq16:02Əfsanəvi suşi aşpazı sirri açdı: 100 yaşa necə çatıb?
-
Sosial15:56Yayılan xəbərlərdən sonra gecə ilə “Bolmart”ın rəhbəri dəyişdi, amma... - FOTOFAKT
-
İdman15:14Otel otağında sürpriz: Vinisius üç uşaq anası olan sevgilisi ilə barışdı - FOTO/VİDEO
-
Rəsmi xronika13:29İlham Əliyev bu nazirliklə bağlı sərəncam imzaladı
-
Hadisə12:47Toyunda vəfat edən Əfsanə ilə bağlı təfərrüat: Uşaq bətnində ölüb
-
İdman11:29Azərbaycanlı futbolçu Rusiya millisinə çağırıldı: Babayev əlimizdən çıxır?





















.jpg)








.jpg)




