Dünya
Türkiyədən ruslara zərbə: Bu sistem ləğv edildi
 
                                    
                                    
                                    
                                Türkiyə Mərkəzi Bankı Rusiya istifadəçiləri arasında məşhur olan “Papara” ödəniş sisteminin lisenziyasını ləğv edib.
Publika.az xəbər verir ki, bu barədə rəsmi hökumət qəzeti “Resmi Gazete” məlumat yayıb.
“Papara”ya 21 aprel 2016-cı il tarixində verilmiş elektron pul təşkilatı kimi fəaliyyət göstərmək üçün verilən lisenziya Bank Nəzarəti və Tənzimləmə Komissiyasının qərarı əsasında ləğv edilib”, - deyə rəsmi məlumatda bildirilir. Qərar “Ödəniş xidmətləri haqqında” qanuna əsasən qəbul edilib.
Rusiya bankları tərəfindən buraxılan beynəlxalq kartların bloklanmasından sonra “Papara” xidməti ruslar arasında populyarlaşıb. Platforma istifadəçilərə xarici pasportdan istifadə edərək uzaqdan hesab açmağa və yoxlamadan sonra limitlərini artırmağa imkan verirdi.
May ayında Türkiyənin daxili işlər naziri Əli Yerlikaya 13 nəfərin həbs edildiyini açıqlamışdı. Qanunsuz qumar oyunlarından əldə edilən pulların yuyulmasında şübhəli bilinənlər arasında “Papara”nın sahibi Əhməd Karslı da olub. Səlahiyyətlilər 5 milyard türk lirəsi dəyərində əmlakı müsadirə edib.
Tural
- 
                     Magazin219:35 Magazin219:35Türkiyəli məşhur müğənni infarkt keçirdi 
- 
                     Kriminal19:03 Kriminal19:03Sabiq icra başçısı həbs olundu - Bu cinayətlərdə ittiham olunur 
- 
                     Sosial18:53 Sosial18:53Vüqar Məmmədov həbs edildi 
- 
                     Nida Xəbər 17:45 Nida Xəbər 17:45Zakir Həsənova medal verildi 
- 
                     Sosial17:00 Sosial17:00Noyabrda yağıntıların miqdarı normadan çox olacaq - AYLIQ PROQNOZ 
- 
                    .jpg) Səhiyyə16:28 Səhiyyə16:28Azərbaycanda meyit donorun ürəyi transplantasiya edildi 
- 
                     Maraq dünyası15:56 Maraq dünyası15:56Sevgi qapılarınızı döyür - Noyabrda eşqi tapacaq 4 BÜRC 
- 
                     Sosial14:19 Sosial14:19Saxlanılan icra başçısının köməkçisi danışdı 






 
        
    





.jpg)

















.jpg)




.jpg)
