Uşaqları döyən məşqçi həbsxanaya göndərildi
Bizi izləyin

İdman

Uşaqları döyən məşqçi həbsxanaya göndərildi

Rusiyanın Novosibirsk vilayətində məhkəmə hərbi idman klubunun məşqçilərindən birini öz tələbələrini sistemli şəkildə döydüyünə görə həbsə məhkum edib.

Publika.az xəbər verir ki, bu barədə TASS məhkəmənin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Azyaşlı idmançılara qarşı zorakılıq bir neçə ay – 2023-cü ilin sonundan 2024-cü ilin yazına qədər davam etdi. İstintaq və məhkəmə sübut edib ki, o, uşaqların başına və bədənin digər hissələrinə zərbələr endirib. Məşqçi özünü təqsirli bilməyib. O, üç il müddətinə həbs cəzasına məhkum edilib.

Mətbuat xidmətindən onu da izah ediblər ki, məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Həbs müddətindən əlavə, o, qurbanlara 600 min rubl məbləğində təzminat da ödəyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm