Dünya
İsraildən Türkiyə etirafı: Toz halına saldılar
İsrailin "Maariv" qəzeti Beynəlxalq Valyuta Fondunun (BVF) 2025-ci il üçün artım proqnozlarını araşdırıb.
Publika.az xəbər verir ki, hesablamalara görə, Misir gələn il 4,3, Türkiyə 3,5, İsrail isə bu rəqəmdən geri qalaraq 2,5 faiz böyüyəcək.
Qəzetin hesabatında Türkiyə və Misirin regional rəqabətdə İsraildən üstün olacağı vurğulanıb. Qeyd edilib ki, bu iki ölkə İsrail iqtisadiyyatını sarsıdaraq, onu toz halına salıb.
Qəzet Türkiyənin iqtisadi sahədə əldə etdiyi güclənmə, eləcə də Böyük Britaniya ilə imzalanmış "Eurofighter Typhoon" qırıcı təyyarələrinin alınması müqaviləsinə toxunub. Bildirilib ki, milyardlarla dollarlıq bu müdafiə müqaviləsi iki NATO müttəfiqi arasında əlaqələri gücləndirib və Türkiyənin hava hücumundan müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb.
Bununla yanaşı, İsrailin bölgədə rəqib kimi gördüyü Türkiyə ilə Misir arasındakı münasibətlərin gücləndiyi də vurğulanıb. Məqalədə ötən ay Aralıq dənizində keçirilən birgə hərbi təlim bu yaxınlaşmanın əlamətdar nümunəsi kimi şərh olunub.
Roza
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək
-
Magazin231 Mart 20:48Məşhur aktrisanın arxiv fotosu təəccübləndirdi -















.jpg)



















