Tehran susuz qalacaq: Cəmi iki həftə ərzində...
Bizi izləyin

Dünya

Tehran susuz qalacaq: Cəmi iki həftə ərzində...

İranın paytaxtı Tehran, bəndlərdəki su ehtiyatlarının azalması səbəbindən iki həftə ərzində ciddi su böhranı ilə üzləşə bilər.

Publika.az xəbər verir ki, bu barədə Tehran Su İdarəsinin baş direktoru Behzad Parsa açıqlama verib.

Onun sözlərinə görə, şəhərin əsas su anbarı olan Əmir Kəbir bəndində hazırda yalnız 14 milyon kubmetr su var və bu bəndin tutumunun yalnız 8 faizini təşkil edir.

Parsa yağışın azalmasının əsas səbəbi olduğunu qeyd edib.

Bununla yanaşı, Tehran və Əlborz əyalətlərini su ilə təmin edən beş əsas bəndin demək olar ki, hamısında su təhlükəli səviyyəyə enib.

İran prezidenti Məsud Pezeşkian da iyulun 23-də bildirmişdi ki, Tehranın su çatışmazlığı hazırkı sürətlə davam edərsə və heç bir həll yolu tapılmasa, əhaliyə su verilməsi mümkün olmayacaq.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm