Dünya
2,8 milyard insan bundan əziyyət çəkir - Qadınlarda daha çox rast gəlinir
Qlobal araşdırmaya görə, hazırda təxminən 2,8 milyard insan baş ağrısından əziyyət çəkir.
Publika.az xəbər verir ki, bununla bağlı tədqiqat "La Trobe" Universiteti və "Western Health" şirkəti tərəfindən aparılıb.
Tədqiqatda Qlobal Xəstəlik Yükü (GBD) məlumatlarından istifadə edilərək 1990-2021-ci illər arasında 204 ölkədə baş ağrılarının yayılması araşdırılıb. Nəticədə oturaq həyat tərzinin, spirtli içki və kofein istehlakının, keyfiyyətsiz yuxunun baş ağrılarına səbəb olduğu vurğulanıb.
Tədqiqatda bildirilib ki, 30-44 yaş arası qadınlar və yüksək gəlirli ölkələrdə yaşayan şəxslər baş ağrısı kimi sağlamlıq problemlərindən xüsusilə təsirlənirlər. Həmçinin qeyd olunub ki, COVID-19 pandemiyası da yeni çətinliklər yaradıb, infeksiya və ya peyvənddən sonra da baş ağrısı şikayətləri davam edir.
Professsor Tissa Uijeratnenin sözlərinə görə, baş ağrısı problemləri qlobal səhiyyə gündəmində prioritet olmalıdır. O, fərdiləşdirilmiş müalicə proqramlarının və səhiyyə investisiyalarının artırılmasına ehtiyac olduğunu da vurğulayıb.
Qeyd edək ki, araşdırma "Cell Reports Medicine" jurnalında dərc olunub.
Roza
-
Sosial21:00Azərbaycanda bu rayon ləğv olunur?
-
ABŞ19:00Abortdan imtina edən 18 yaşlı sevgilisini AMANSIZCASINA QƏTLƏ YETİRDİ
-
Nida Xəbər 18:48Baş Prokurorluq onun xəstəxanada ölümü bağlı AÇIQLAMA YAYDI
-
ABŞ18:36ABŞ-ın keçmiş vitse-prezidentinin ölüm səbəbi AÇIQLANDI
-
İdman18:24Qarabağ”ın “Çelsi” ilə oyunundan öncəki son məşqindən FOTOLAR
-
Sosial17:55Azərbaycanda bu vəzifəli şəxslər ifşa edildi - RƏSMİ
-
Hadisə17:25Bakıda çoxmənzilli binadakı yanğın söndürüldü
-
Sosial17:22Sabah Bakının bəzi qəsəbələrində su kəsiləcək







.jpg)





























