Dünya
ABŞ-da ştatlarla Tramp arasında savaş: Məhkəməyə verdilər
ABŞ-da 11 ştat və Kentukki ştatının qubernatoru Endi Beşir Donald Tramp administrasiyasını məhkəməyə verib.
Publika.az xəbər verir ki, onlar fövqəladə hallar və terrorizmə qarşı mübarizə üçün ayrılan maliyyə vəsaitlərinin xərclənməsinə tətbiq edilən yeni məhdudiyyətlərin yerli hökumətlərin fəaliyyətini çətinləşdirdiyini bildiriblər.
İddia Oreqon ştatının Yucin şəhər məhkəməsinə təqdim olunub. Ştatlar və Beşir Daxili Təhlükəsizlik Departamenti (DHS) ilə Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyini (FEMA) cavabdeh qismində göstəriblər.
Müraciətdə qeyd olunur ki, fövqəladə hallar və terrorizmə qarşı mübarizə fondlarının xərclənməsi üçün müəyyən edilən müddətin qısaldılması, həmçinin ştatların immiqrasiya qanunlarına əsasən deportasiya edilənlər istisna olmaqla, yenilənmiş əhali məlumatlarını təqdim etmələri tələbi əsassızdır.
İddiaçılar hesab edirlər ki, bu tələblər fövqəladə hallara hazırlığı zəiflədir və ictimai təhlükəsizliyi risk altına qoyur. Onların fikrincə, administrasiya FEMA-nın rolunu azaldaraq yükü ştatların üzərinə atmağa çalışır.
DHS nümayəndəsi isə bildirib ki, dəyişikliklər resurslardan daha səmərəli istifadəni və təhlükə prioritetlərinə uyğun bölüşdürülməsini təmin etməyə yönəlib.
Qeyd edək ki, FEMA hər il ştatlara fövqəladə hallar və təhlükəsizlik sahəsində milyardlarla dollar dəyərində qrantlar ayırır. Bu vəsaitlərin bir hissəsi ştatların əhali sayına əsasən bölüşdürülür.
Roza
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”











.jpg)






















