Dünya
Nüvə silahı yarışı başladı - Dünyanı nə gözləyir?
Beynəlxalq gərginliklər fonunda dünya yenidən nüvə şantajı və silahlanma yarışı ilə alovlanan nüvə müharibəsi astanasındadır.
Publika.az xəbər verir ki, bu barədə Amerikanın "The Washington Post" qəzeti yazır.
Nəşr xatırladır ki, Rusiya nüvə enerjisi ilə işləyən “Burevestnik” raketlərini, həmçinin “Poseydon” sualtı gəmisini istifadə verib.
Buna cavab olaraq ABŞ Prezidenti Donald Tramp ABŞ-da nüvə sınaqlarının bərpası mümkünlüyünü açıqlayıb.
“Bir şey tamamilə aydındır: nüvə silahlanma yarışı, nüvə şantajı və nüvə səmərəsizliyi Soyuq Müharibənin bitməsindən, daha dəqiq desək, 1950-ci illərin sonu və 1960-cı illərin əvvəlindən bəri görünməmiş miqyasda geri qayıdıb”, - yazıda deyilir.
NATO-nun baş katibi Mark Rutte deyib ki, Rusiya Prezidenti Vladimir Putinin mümkün nüvə sınaqları ilə bağlı açıqlamalarına diqqət yetirməyə dəyməz. Lakin bütün Qərb ekspertləri bu fikri bölüşmürlər.
Noyabrın 5-də Rusiya Prezidenti ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə brifinq keçirib. İclas zamanı müdafiə naziri Andrey Belousov tammiqyaslı nüvə sınaqlarına hazırlıq işlərinə dərhal başlamağın zəruriliyini açıqlayıb. O, həmçinin ABŞ-ın nüvə başlığına və 13 min kilometr mənzilə malik yeni “Sentinel” qitələrarası ballistik raketinin yaradılmasına başladığını açıqlayıb.
Hüseyn İbadlı
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək
-
Magazin231 Mart 20:48Məşhur aktrisanın arxiv fotosu təəccübləndirdi -















.jpg)



















