Dünya
Mərkəzi Asiya liderləri Trampla bu dillərdə danışıblar: Biri ingilis, ikisi rus, qalanları...
“Mərkəzi Asiya+ABŞ” sammiti çərçivəsində Özbəkistan prezidentləri Şavkat Mirziyoyev və Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov Donald Trampa rus dilində müraciət ediblər.
Publika.az xəbər verir ki, görüş “Associated Press” tərəfindən “YouTube”da yayımlanıb.
Mirziyoyev Amerika prezidentinə regiona göstərdiyi diqqətə görə təşəkkür edib və qeyd edib ki, əvvəllər heç bir ABŞ lideri Mərkəzi Asiya ölkələrinə belə maraq göstərməyib. O, sammit iştirakçılarının Vaşinqtondan hörmət və dəstək hiss etdiyini vurğulayıb.
İclasda beş dövlətin: Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstanın başçıları iştirak edib. Tacikistan prezidenti Emomali Rahmon və Qırğızıstan prezidenti Sadır Japarov öz rəsmi dillərində danışıblar.
İngilis dilində danışan yeganə şəxs Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev olub. O, Trampı “güclü lider” adlandırıb və qeyd edib ki, onun siyasəti Qazaxıstanı qayda-qanun prinsiplərini gücləndirməyə ruhlandırıb.
Qazaxıstan liderinin mətbuat xidmətinin məlumatına görə, səfərin yekunları üzrə Qazaxıstan və ABŞ arasında 17 milyard dollardan çox dəyərində kommersiya sazişləri imzalanıb.
Tural
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək
-
Magazin231 Mart 20:48Məşhur aktrisanın arxiv fotosu təəccübləndirdi -
















.jpg)



















