Dünya
Türkiyə Netanyahunun həbsinə order verdi
İstanbul Baş Prokurorluğu İsrailin Baş naziri Binyamin Netanyahunun həbsinə order verib.
Publika.az xəbər verir ki, həmçinin 37 İsrail rəsmisinin də həbsinə order verilib. Onlar arasında müdafiə naziri İsrael Katz, milli təhlükəsizlik naziri İtamar Ben Qvir, Baş Qərargah rəisi Herzi Halevi və yüksək rütbəli komandirlər də var.
İstintaq sənədində bildirilir ki, İsrail 7 oktyabr 2023-cü ildən bəri mülki şəxslərə, xəstəxanalara və infrastruktura sistematik hücumlar həyata keçirib və nəticədə qadın və uşaqlar da daxil olmaqla, minlərlə mülki şəxs həlak olub.
Baş Prokurorluq, həmçinin 6 yaşlı Hind Rəcəbin İsrail əsgərləri tərəfindən 335 güllə ilə öldürülməsini, Əl-Əhli Baptist Xəstəxanasına edilən hücumda 500 nəfərin qətliamını, Türkiyə-Fələstin Dostluq Xəstəxanasının bombalanmasını və humanitar yardımın qarşısının alınmasını da istintaq sənədinə daxil edib.
Ləman
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək


































