Dünya
Zelenski ilə Trampı o barışdırıbmış
Vaşinqtonda Oval Ofisdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında yaranan mübahisədən sonra Böyük Britaniya Kralı III Çarlz siyasətçilərə münasibətlərini yaxşılaşdırmağa kömək edib.
Publika.az xəbər verir ki, bu barədə Zelenski "The Guardian" qəzetinə müsahibəsində bildirib.
Ukrayna lideri kralın Vaşinqtondakı hadisədən sonra Trampın Kiyevə daha həvəslə dəstək verməsindəki rolunu "həlledici" adlandırıb.
"Bütün detalları bilmirəm, amma başa düşürəm ki, Əlahəzrətləri Prezident Trampa bir neçə vacib siqnal göndərib", - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, ABŞ lideri krala hörmət edir.
Ukrayna Prezidenti, həmçinin III Çarlzın sentyabr ayında amerikalı siyasətçi ilə şəxsi görüş keçirdiyini də qeyd edib.
Xatırladaq ki, Tramp və Zelenskinin bu ilin 28 fevralında Vaşinqtonda apardığı danışıqlar mübahisə ilə başa çatmışdı.
Ləman
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”











.jpg)






















