Trampın siyasəti özünü vura bilər: Venesuelada nə baş verir?
Bizi izləyin

Dünya

Trampın siyasəti özünü vura bilər: Venesuelada nə baş verir?

ABŞ-ın Venesuelaya qarşı aqressiv siyasəti Donald Trampın özünə əks nəticə verə bilər.

Publika.az xəbər verir ki, bunu "The Guardian" qəzetinə açıqlamasında kriminoloq Xose Luis Peres Quadalupe deyib.

"ABŞ-ın Venesuelanı təhdid etməsi faktı xarici təcavüzkarın müdaxiləsinə cavab olaraq venesuelalılar arasında millətçi əhval-ruhiyyəni gücləndirir və prezident Nikolas Maduro bundan öz xeyrinə məharətlə istifadə edir. ABŞ-ın istənilən müdaxiləsi Tramp üçün arzuolunmaz ola bilər. Tutaq ki, onlar Maduronu devirirlər, o zaman kim yeni prezident olacaq?", - deyə ekspert bildirib.

O deyib ki, əgər hakimiyyət Edmundo Qonzales və ya Mariya Korina Maçado kimi müxalifət siyasətçilərinə keçərsə, onlara “xarici müdaxiləni dəstəklədiklərinə görə xain” damğası vurula bilər: "Bu isə yeni hökumətin formalaşmasını çətinləşdirəcək və daxili gərginliyin artmasına səbəb olacaq".

Qeyd edək ki, vəziyyətin gərginləşdiyi bir vaxtda Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez silahlı qüvvələrin səfərbər olunduğunu və mülki ehtiyatda olan hərbçilərin iştirakı ilə təlimlərin keçiriləcəyini açıqlayıb. Bu qərar ABŞ hərbçilərinin Karib dənizi regionunda yerləşdirilməsinə cavab olub.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm