Nida Təhlil
Zəngəzur dəhlizi istiqamətində bu ərazilər qaytarıla bilər - Yaxın aylarda nələr olacaq?
Nikol Paşinyan Zəngəzur dəhlizinin Ermənistan ərazisinə düşən hissəsində işlərin gələn ildən başlanacağını bəyan edib. Onun müavini, sərhədin delimitasiyası üzrə komissiyanın sədri Mher Qriqoryan isə qeyd edib ki, “TRİPP layihəsi Zəngəzurda qeyri-adi demarkasiya prosesi həyata keçirilə bilər”.
Vaşinqton anlaşmasından sonra amerikalı nümayəndə heyətinin İrəvana intensiv səfərləri ABŞ-ın işlərin sürətləndirilməsi üçün Ermənistanı tələsdirdiyi təəssüratını yaradır. Lakin layihənin reallaşması üçün dəhlizin keçdiyi istiqamətlərdə sərhədin delimitasiyası zərurəti var. Bunu dəhlizdən digər ölkələrin də istifadə etməsi və daşımaların təhlükəsizliyi amilləri də şərtləndirir. Paşinyan və Qriqoryanın açıqlamaları da təsdiq edir ki, Zəngəzur dəhlizinin Ermənistan hissəsində işlərin başlanmasına qədər – yaxın aylarda sürətli delimitasiya baş verə bilər.
Delimitasiya iki hissədə - həm Zəngilan-Mehri, həm də Qərbi Zəngəzurla Naxçıvan Muxtar Respublikası sərhədində aparılmalıdır. Bu perspektiv delimitasiya prosesində hansı ərazilərin qaytarılması suallarını da yaradır.
Zəngəzurun Ermənistana birləşdirilməsindən sonra SSRİ-nin qurulmasından dağılmasına qədərki dövrdə Azərbaycan əraziləri ermənilərə “bağışlanıb”: Naxçıvanın 657 kvadratkilometr ərazisi, Nüvədi və bir çox ərazi bura daxildir;
Delimitasiya prosesində bu ərazilərin qaytarılması, yaxud bir qisminin qaytarılması mümkün ola bilər?
Sərhədin Qazax istiqamətində delimitasiyasında Alma-Ata bəyanaməsinə istinad, eləcə də paraflanan sülh sazişində sovet dövründəki xətlərin əsas götürülməsi qeydi SSRİ dövründə verilən ərazilərin qaytarılmasını sual altına salır. Hərçənd, iki məqam Qriqoryanın da dediyi kimi, “qeyri-adi delimitasiya”nın baş verə biləcəyi gözləntisini yaradır.
Birincisi, Qazax istiqamətindəki delimitasiyada Ermənistanın istəyinə uyğun olaraq, Alma-Ata bəyannaməsinə istinadın əsas məqsədi 4 kəndin qaytarılması idi və rəsmi Bakı buna nail oldu;
İkincisi, paraflanan sülh sazişində Alma-Ata sənədi və SSRİ xətləri qeyd olunsa da, tərəflərin mübahisəli məsələləri dinc yolla həll etməsi də yer alır ki, bu da delimitasiyanın nəticələrinə danışıqların gedişatının təsir edə biləcəyi gözləntisini yaradır;
Bu kontekstdə rəsmi Bakı Zəngəzur dəhlizi istiqamətində sərhədin delimitasiyası zamanı maksimum nəticəyə nail olmağa çalışacaq.
Gözlənilən delimitasiya prosesində Kərkinin azad edilməsi perspektivləri də mümkündür. Paşinyanın açıqlaması bu ehtimalı gücləndirir. Erməni baş nazir bidirib ki, “Zəngəzur dəhlizindən keçəcək dəmir yolu sovet dövründən qalma dəmir yolunun marşrutu ilə gedəcək, çünki hər hansı digər marşrut qeyri-real olardı”. Söhbət Horadiz-Mehri-Arazdəyən-Ordubad dəmir yolu xəttindən gedir ki, bu xəttin keçdiyi Arazdəyən istiqamətində sərhədin delimitasiyası üçün Kərki məsələsi həllini tapmalıdır.
Son günlər Paşinyanın anklavlar məsələsinin həllini gündəmə gətirməsi də bu kontekstdə təsadüfi görünmür.
Asif Nərimanlı
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib
-
İnanc1 Mart 19:12Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
-
Yaxın Şərq1 Mart 19:00Əhmədinejad ölməyib? - Yeniləndi






























.jpg)
.jpg)




