Cənubi Qafqaz
Azərbaycanla bu əraziləri dəyişə bilərik, amma... - Paşinyan detalları açdı
“Ermənistan və Azərbaycan arasında anklavlarla bağlı heç bir qərar qəbul edilməyib”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.
Paşinyan bildirib ki, anklavlar məsələsi delimitasiya çərçivəsində həll edilməlidir: “Bu proses zamanı Alma-Ata Bəyannaməsi əsasında iki ölkənin ərazi bütövlüyü bir daha təsdiqlənməlidir. Bundan sonra bütün mümkün versiyalar müzakirə oluna bilər. Hazırda belə müzakirələr gedir ki, Artsvaşen (Başkənd) məsələsində başqa ssenarilər irəli sürmək daha yaxşı olar və s. Bu, erməni xalqının iradəsi olmadan mümkün deyil. Əgər biz ərazi mübadiləsindən (anklavların barter edilməsi) danışırıqsa, buna erməni xalqı qərar verməlidir”.
Erməni baş nazir qeyd edib ki, hazırda Azərbaycanla bu ssenarilərdən heç biri razılaşdırılmayıb.
“Delimitasiya prosesində tərəflər sovet dövründə mövcud olan anklavların hüquqi əsaslarını təqdim etməlidirlər. Hələlik bununla bağlı heç bir müzakirə və ya araşdırma aparılmayıb”, - Paşinyan deyib.
Asif
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"

































