İdman
"Beşiktaş"ın ulduzu karyerasını başa vurur: Nə baş verir?
"Beşiktaş"ın və Portuqaliya millisinin hücumçusu Rafa Silva peşəkar karyerasını bitirməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin "Halk" nəşri məlumat yayıb.
Bildirilir ki, 32 yaşlı portuqaliyalı futbolçu bu qərarını "Fənərbağça" ilə derbidən əvvəl klub prezidenti Serdal Adalı ilə görüş zamanı səsləndirib. Lakin klub rəhbəri onu meydana çıxmağa razı sala bilib.
"Baş məşqçiyə böyük hörmətim var, amma qərarımı vermişəm və bu dəyişməyəcək", - deyə Rafa Silva vurğulayıb.
Qeyd edək ki, hücumçu bu mövsüm bütün turnirlərdə 16 oyuna çıxıb, 5 qol vurub və 3 qol ötürməsi edib.
Rafa Silva bundan əvvəl "Benfika", "Braqa" və "Feyrense" klublarında çıxış edib. O, Portuqaliya yığmasının heyətində 25 oyun keçirib, Avropa çempionatının və Millətlər Liqasının qalibi olub.
Heybət
-
Magazin102:42"Ən yaxşı cütlüy"ün NADİR FOTOLARI
-
Sosial02:12Ürəyi 45 dəqiqə dayanan qadın danışdı: "Həkimlər deyirlər ki, iki dəfə olub" - VİDEO
-
Səhiyyə00:306 aylıq körpəni saatlarla gözlətdilər - “Leyla Medical”a ağır ittiham
-
Magazin100:15Həmidə Ömərova ilk dəfə nəvəsinin FOTOSUNU PAYLAŞDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni planlar sizi həyəcanlandıra bilər
-
Magazin213 Dekabr 22:40Azərbaycan Ermənistana 3 xal verdi, onlar isə...
-
MDB13 Dekabr 22:12Rusiyada azərbaycanlılara qarşı ƏMƏLİYYAT - Sabirabadlı avtoritet saxlanıldı
-
Magazin113 Dekabr 21:24Səsləri onların qızı elan edəcək - FOTO


































