Dünya
Gürcüstan məşhur dələduzu azadlığa buraxdı
Almaniyanın tələbi ilə Gürcüstanda saxlanılan məşhur fırıldaqçı Simon Levayev azad edilib.
Publika.az xəbər verir ki, bu barədə Azadlıq” radiosunun Gürcüstan xidməti məlumat yayıb.
Levayev iki ay Kutaisi həbsxanasında yatıb. Onun vəkili Mariam Kublaşvili bildirib ki, Almaniyada müvəkkili ilə bağlı iş “tamamilə xitam edilib” və Almaniya tərəfi ekstradisiya tələbini geri götürüb.
Levayev sentyabrın 15-də Batumi hava limanında saxlanılmışdı. O, “İnterpol”un “Qırmızı bildiriş”i əsasında beynəlxalq axtarışa verilib. Mediada onun barəsində cinayət işinin “manipulyasiya və emosional zorakılığın” qurbanı olduğunu iddia edən Berlin sakininin şikayəti əsasında başlandığı bildirilir. O, Levayevin onunla Tinderdə görüşdükdən sonra ondan külli miqdarda pul tələb etdiyini iddia edib. Ekstradisiya edilərdisə, onu 10 ilə qədər həbs gözləyirdi.
Vəkil iddiaçının iddialarından imtina edib-etmədiyini dəqiqləşdirməyib.
Simon Levayev (əsl adı Şimon Yehuda Hayut) “Netflix” sənədli filmi "The Tinder Scam" sayəsində şöhrət qazanan 35 yaşlı İsrail vətəndaşıdır.
O, özünü almaz milyarderinin varisi kimi göstərdi, sosial şəbəkələrdə dəbdəbəli həyat tərzini - şəxsi təyyarələri, otelləri, bahalı avtomobillərini nümayiş etdirdi və bundan qadınları yüz minlərlə dollarla aldatmaq üçün istifadə etdi.
Jurnalistlərin hesablamalarına görə, onun sxemlərindən ümumi zərər 10 milyon dollara çata bilər.
Tural
-
Sosial14:00Yay anormal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO



































