Dünya
İsraildən etiraf: Türkiyəyə qarşı diplomatik ittifaq çağırışı və F-35 təzyiqi
İsrail rəsmiləri Türkiyənin Şərqi Aralıq dənizində və Suriyada güclənən mövqeyindən narahat olduqlarını açıq şəkildə etiraf ediblər.
Publika.az xəbər verir ki, İsrailin siaspora işləri və antisemitizmlə mübarizə naziri Amixay Çikli Türkiyəni “İsrail üçün ən ciddi təhdid” adlandırıb.
KAN televiziyasına danışan Çikli, Ankaranın Suriyadakı hərbi mövcudluğunun və Dəməşqə göstərdiyi dəstəyin İsrail üçün təhlükə yaratdığını bildirib. O, Suriya rəhbərliyinə bağlı yeni hərbi strukturun İsrail əleyhinə olduğunu və bundan ciddi narahatlıq duyduqlarını vurğulayıb.

Çikli bölgədə diplomatik cəbhənin genişləndirilməsinin vacib olduğunu qeyd edərək, Yunanıstan və Cənubi Kipr Rum Administrasiyası ilə ittifaq qurulmasını vurğulayıb.
“Türkiyəni diplomatik olaraq tənha qoymaq üçün hər şeyi etməliyik”, - deyə o qeyd edib.
İsrailin ABŞ-dakı səfiri Yahiel Leiter isə “Jerusalem Post”a açıqlamasında Təl-Əvivin Türkiyəyə F-35 satılmasının qarşısını almaq üçün Vaşinqtonda fəal şəkildə çalışdığını etiraf edib.

Səfir Türkiyənin strateji əhəmiyyətini qəbul etsə də, Ankara ilə münasibətlərdə gərginlik olduğunu bildirib. Leiter Səudiyyə Ərəbistanına F-35 satışına eyni reaksiya göstərmədiklərini vurğulayaraq bunun İsrailin regional üstünlüyünə təsir etməyəcəyini deyib.
“Türkiyənin ABŞ-dan F-35 almamasını üstün tutarıq”, - o əlavə edib.
Leiter deyib ki, İsrailin əsas məqsədi Türkiyənin Suriya və Qəzzada hərbi mövcudluğunu önləməkdir.
Roza
-
İdman20:00"Qarabağ–Ayaks" matçına qanunsuz bilet satanlar SAXLANILDI - VİDEO
-
İKT19:36Rövşən Məmmədov bu xanıma YÜKSƏK VƏZİFƏ VERDİ
-
Hadisə19:12Bakıda partlayışın baş verdiyi villa vəzifəli şəxsin qardaşının imiş - FOTO
-
Sosial19:00Aydın Ələkbərov qəfil vəfat etdi - FOTO
-
İdman18:30“Qarabağ”ın daha bir futbolçusu “Flamenqo”ya transfer olunur? - AÇIQLAMA
-
Nida Xəbər 18:20Leyla Əliyeva Ərdoğanın qızı ilə bir arada - FOTOLAR
-
İdman18:12Mateus Silvadan matç öncəsi AÇIQLAMA: “Bizi çox ciddi oyun gözləyir”
-
İdman17:44“Neftçi” rəsmisinin avtomobili gündəm oldu - FOTO



























.jpg)







