Dünya
Cənubi Koreya xəbərdarlıq etdi: Toqquşma riski yüksəkdir
Cənubi Koreya prezidenti Li Çje Myon Şimali Koreya ilə təsadüfi toqquşma riskləri barədə xəbərdarlıq edib və Seulun bu riskləri azaltmaq üçün Pxenyanla dialoqu bərpa etmək səylərini davam etdirməli olduğunu vurğulayıb.
Publika.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
"Münasibətlər düşmənçiliyə çevrilib və Şimali Koreya hətta ən sadə etimad səviyyəsi olmadan ekstremal addımlar atır. Biz çox təhlükəli vəziyyətdəyik, hər an təsadüfi toqquşmalar başlaya bilər", - deyə Li jurnalistlərə bildirib.
Cənubi Koreyanın Pxenyanı danışıqlar masasına cəlb etmək üçün ABŞ-la birgə hərbi təlimləri məhdudlaşdırmaq imkanına gəlincə, Li bunun Şimali Koreya üçün "ən həssas" məsələ olduğunu və təcili nəticə çıxarmağın vacib olduğunu deyib.
Onun sözlərinə görə, irimiqyaslı təlimlərin zəruriliyini aradan qaldıracaq sabit sülh rejimi uzunmüddətli perspektivdə arzuolunandır, lakin təlimlərin keçirilməsi ilə bağlı qərarlar dəyişən şəraitdən asılı olmalıdır.
Adəm
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı






.jpg)



























