Dünya
ABŞ Ukraynanı ərazi güzəştinə buna görə məcbur edir: Detallar açıqlandı
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff qərara gəlib ki, Ukrayna zəif hərbi mövqeyinə görə ərazi güzəştlərinə ehtiyac duyur.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) rəsmilərə istinadən yazıb.
"Uitkoff, ABŞ və digər ölkələrin rəsmiləri ilə danışdıqdan və kəşfiyyat məlumatlarını nəzərdən keçirdikdən sonra Ukraynanın daha zəif hərbi vəziyyətdə olduğu qənaətinə gəlib", - hesabatda deyilir.
Rəsmilər Kiyevin cəbhədə böyük itkilər verdiyini və hazırda əlverişsiz vəziyyətdə olduğunu etiraf ediblər. Münaqişəyə son qoymaq üçün Ukrayna əhəmiyyətli güzəştlərə getməli olacaq.
Noyabrın 24-də Ukrayna Prezident Administrasiyasının rəhbəri Vladimir Zelenskinin müşaviri Oleksandr Bevz ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən hazırlanmış 28 bəndlik sülh planının artıq mövcud olmadığını açıqlayıb. O, planın bəzi müddəalarının çıxarıldığını, bəzilərinin isə dəyişdirildiyini bildirib.
Tural
-
Sosial12:25İtkin düşən keçmiş hərbçinin meyiti zibillikdə tapıldı
-
Magazin111:53Samirə Əfəndi erməniyə 12 xal verməsindən danışdı: Etdiyim jest...
-
MDB10:06Simonyanın uşaqları gecəni pilləkənlərin altında keçirdi: Ukraynaya müraciət etdi
-
Maraq dünyası09:36Türkiyədə 3 min il yaşı olan bənzərsiz çörəyin resepti tapıldı: Necə bişirilir?
-
İdman09:24Samir Abasov "Neftçi"dən bu qədər təzminat aldı
-
Dünya08:10Kiyevə kütləvi hava hücumu - Ölən və xəsarət alanlar var
-
Səhiyyə07:15Dərman almadan öncə oxuyun! - Bu fikirlər yanlışdır
-
Magazin206:16Məşhur aktyor bu maskaların satıcısını məhkəməyə verdi - Foto


















.jpg)



.jpg)









_(3).jpg)



