Nə qədər ki, Putin belə düşünür, Ukraynada sülh olmayacaq: ABŞ-dan sensasion iddia
Bizi izləyin

Dünya

Nə qədər ki, Putin belə düşünür, Ukraynada sülh olmayacaq: ABŞ-dan sensasion iddia

ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem prezident Donald Trampın Ukraynadakı müharibəni həll etmək səylərini yüksək qiymətləndirib, lakin bildirib ki, nə qədər ki, Vladimir Putin prosesin nəzarətində olduğuna inanır, sülh olmayacaq.

Publika.az senator bu barədə “X”-də yazıb.

Qrem ümid etdiyini bildirib ki, Ukrayna və ABŞ arasında noyabrın 23-də Cenevrədə baş tutan görüşün nəticəsi olacaq və tərəflər Rusiyanın başlatdığı müharibəyə son qoymaq yollarını razılaşdıracaqlar.

"Prezident Trampa və komandasına sülhə nail olmaq üçün göstərdikləri səylərə görə minnətdaram. Bununla belə, mənə aydındır ki, Putin prosesin nəzarətdə olduğuna inandıqca, heç bir sülh olmayacaq. O, sülh yox, təslim olmaq üçün israr edəcək", - o vurğulayıb.

Bu kontekstdə senator Rusiyaya güzəştə getməmək barədə xəbərdarlıq edərək, bunun yalnız “dünyada gələcək təcavüzü təşviq edəcəyini və hamı üçün əks nəticə verəcəyini” qeyd edib.

"Bu baxımdan Amerikanın və dünyanın qalan hissəsinin Putin Rusiyasına qarşı oynamaq üçün çoxlu kartları var. Ümid edirəm ki, biz tezliklə ədalətli sülhə nail olacağıq. Amma əgər Putin atəşkəsi rədd etməyə, sülh üçün güzəştə getməməyə və Ukraynanın təslim olmasında israr etməyə davam edərsə, o zaman ABŞ və dünyanın qalan hissəsi öz kartlarını fərqli şəkildə oynamağa başlamalı olacaq", - Qrem yekunlaşdırıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm