Polşanın atdığı raket hədəfə çatdı
Bizi izləyin

Dünya

Polşanın atdığı raket hədəfə çatdı

Polşa yerli istehsal olunan suborbital raketi uğurla sınaqdan keçirib.

Publika.az xəbər verir ki, bunu ölkənin milli müdafiə nazirinin müavini Sezari Tomçik açıqlayıb.

Tomçik "X" sosial şəbəkəsində yazıb ki, Hərbi Hava Qüvvələrinin Ustka sınaq poliqonunda Hərbi Texniki Silah İnstitutu, Lodz 1 saylı Hərbi Təyyarə Zavodu və "Qamrat" şirkətinin daxil olduğu konsorsium tərəfindən hazırlanmış üçmərhələli suborbital raket uğurla buraxılıb.

Onun sözlərinə görə, sınağın bütün məqsədləri yerinə yetirilib: mərhələlər düzgün şəkildə ayrılıb, raket hədəfə doğru yönəlib və müəyyən olunmuş trayektoriya üzrə uçub. Raket maksimal olaraq 65 km yüksəkliyə qalxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm