Dünya
İmran Xanın ölüm xəbəri Pakistanı qarışdırdı - VİDEO
Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xan öldürülməsi ilə bağlı xəbərlər yayılıb.
Publika.az xəbər verir ki, “Afganistan Times” qəzeti sabiq baş nazirin öldürüldüyün yazıb. Lakin hələ ki, rəsmən təsdiqlənməyib.
İmran Xan hazırda Adiala həbsxanasında saxlanılır. Xanın bacıları - Aleema Xan, Noreen Xan və Uzma Xan noyabr ayında həbsxanaya gedərək onunla görüşmək istəyiblər. Lakin onlara icazə verilməyib. Polis etiraz edən bacılardan birini saçından tutaraq yerə atıb və zorla geri çəkib. Hadisə zamanı bir çox tərəfdar həbsxana önünə toplaşaraq İmran Xan üçün dəstək nümayiş etdiriblər.
Bacılardan biri jurnalistlərə bildirib ki, onlar yalnız qardaşları ilə görüşmək istəyiblər, lakin polis tərəfindən kobud şəkildə geri qaytarılıblar. Bu zaman bir çox tərəfdar və jurnalist də hadisəni izləyib, sosial mediada paylaşım edib.
Rəsmi açıqlamalara görə, son ay ərzində İmran Xanla görüşlərə ümumiyyətlə qadağa qoyulub. Bacıları və tərəfdarları isə bunun ədalətsiz hərəkət olduğunu bildirir, həmçinin sosial mediada ölüm iddialarına cavab olaraq onun sağ olduğunu təsdiqləməyə çalışırlar.
Bu gərginlik fonunda sosial media platformalarında İmran Xanın öldürülməsi ilə bağlı yayılan xəbərlər yenidən gündəmə gəlib. Qeyd olunur ki, bu, keçmiş baş nazirin tərəfdarları və hakimiyyət arasında yaranan gərginliyin yeni mərhələsi ola bilər.
#BREAKING: Midnight Protest by Imran Khan’s sister and PTI supporters outside Adiala Jail. Imran Khan hasn’t been allowed to meet any family member since last more than three weeks. Anger raging across Pakistan against Asim Munir and Pakistani establishment in Rawalpindi. pic.twitter.com/sH0ujS07wv
— Aditya Raj Kaul (@AdityaRajKaul) November 25, 2025
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
