Dünya
Tramp bu milyarderlə bağlı Cinpinə ağız açdı: Sözünü eşidəcək?
Tramp Çin prezidenti Si Cinpini müxalifətçi Honkonq media maqnatı Cimmi Layı azad etməyə çağırıb. ABŞ prezidenti Layın məhkumluğundan "çox pis" olduğunu və bu barədə Çin lideri ilə danışdığını deyib.
Publika.az xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Amerika prezidenti Honkonq media maqnatının milli təhlükəsizliyi pozmaq ittihamı ilə məhkum edilməsindən təəssüfləndiyini bildirib.
"Özümü çox pis hiss edirəm. Bu barədə prezident Si Cinpinlə danışdım və onun azadlığa buraxılmasını nəzərdən keçirməsini xahiş etdim", - Tramp deyib.
ABŞ prezidenti Cimmi Lay haqqında deyib: "O, yaşlı bir kişidir və özünü yaxşı hiss etmir. Ona görə də hər halda bu xahişi etdim. Görək nə olacaq"
ABŞ dövlət katibi Marko Rubio Trampın çıxışından qısa müddət sonra sosial mediada bildirib ki, milyarderin həbsi Çinin "söz azadlığını və digər fundamental hüquqları müdafiə etməyə çalışanları susdurmaq" əzmini nümayiş etdirir.
Rubio açıqlamasında bildirib ki, "Cənab Layın həbsxanada keçirdiyi 1800 gündən çox müddət ərzində səhhəti xeyli pisləşib. Biz hakimiyyət orqanlarını bu çətinliyə ən qısa müddətdə son qoymağa və Layı humanitar əsaslarla azad etməyə çağırırıq".
Qərbdə bir neçə hökumət və insan haqları təşkilatı Layın məhkum edilməsini pisləyib.
Xatırladaq ki, diabet xəstəliyindən əziyyət çəkən 78 yaşlı Cimmi Lay bazar ertəsi günü milli təhlükəsizlik məhkəməsində hər üç maddə üzrə günahkar bilinib.
Adəm
-
Sosial14:50Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
-
Sosial13:31Cəmil Həsənli yenidən DTX-yə çağırıldı
-
İdman13:08Azərbaycanlı müğənni Avropa çempionu oldu
-
Sosial12:516 ay çalışan işçiyə məzuniyyət verilməsi məcburi olacaq
-
MDB12:06Rusiyada məktəbə hücum: 10 yaşlı şagirdi öldürüb selfi çəkdi - VİDEO
-
Maraq dünyası11:38Bermud adalarında müəmmalı struktur tapıldı: Sirr açılır?
-
Dünya10:36Çindən Rusiyaya şad xəbər: ABŞ xoş sürpriz edə bilər
-
ABŞ10:09Trampın oğlu bu modellə nişanlandı - FOTO




































