Dünya
27 il əvvəl peyğəmbərcəsinə verilən proqnozlar: Görün hansılar gerçək olub
1998-ci ildə aparılan ictimai rəy sorğusunda amerikalıların 2025-ci illə bağlı verdiyi proqnozların bir qismi illər sonra gerçəkləşib.
Publika.az xəbər verir ki, “CNN International”-ın məlumatına görə, “Gallup” və “USA Today” tərəfindən keçirilən sorğuda iştirakçıların irəli sürdüyü bəzi ehtimallar diqqətçəkən dərəcədə dəqiq olub.
Respondentlərin böyük hissəsi ABŞ-ın gələcəkdə qaradərili prezidentə sahib olacağını proqnozlaşdırmışdı. Bu gözlənti 2008-ci ildə Barak Obamanın prezident seçilməsi ilə reallaşıb.
Sorğuda “ölümcül və yeni bir xəstəliyin” ortaya çıxacağı ehtimalı da səsləndirilib ki, 2020-ci ildə baş verən COVID-19 pandemiyası bu proqnozu da təsdiqləyib. Eyni zamanda, kosmik səyahətlərin adi insanlar üçün geniş yayılmayacağı və yadplanetlilərlə təmasın baş verməyəcəyi ilə bağlı şübhələr də özünü doğruldub.
Bununla yanaşı, bəzi nikbin gözləntilər reallığa çevrilməyib. Sorğuda iştirak edənlərin üçdə ikisi bu müddət ərzində bir qadının ABŞ prezidenti seçiləcəyini düşünürdü, lakin bu baş verməyib. Respondentlərin yarıdan çoxu xərçəngin qəti müalicəsinin tapılacağını, 61 faizi isə insanların təxminən 100 il yaşayacağını proqnozlaşdırmışdı. Statistik göstəricilər isə dünya üzrə orta ömür uzunluğunun hələ bu səviyyəyə çatmadığını göstərir.
Sorğu nəticələri 1998-ci ildə amerikalıların gələcəyə dair ciddi narahatlıqlarını da üzə çıxarıb. İştirakçıların 57 faizi fərdi azadlıqların məhdudlaşdırılacağını bildirib. Respondentlərin əksəriyyəti cinayətkarlığın artacağını, ətraf mühitin keyfiyyətinin pisləşəcəyini və mənəvi dəyərlərin zəifləyəcəyini söyləyib. 71 faiz isə uşaq böyütməyin və “yaxşı insanlar” yetişdirməyin daha çətin olacağını vurğulayıb.
İqtisadi sahədə isə respondentlər həyat keyfiyyətinin əsasən varlılar üçün yaxşılaşacağını, yoxsul təbəqə üçün isə vəziyyətin daha da ağırlaşacağını proqnozlaşdırıb.
Roza
-
Region23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin122:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi










.png)





















