Dünya
Trampın Türkiyə ilə bağlı açıqlamaları iki ölkədə sensasiyaya səbəb oldu
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı Türkiyə ilə bağlı müsbət fikirlər səsləndirib. O, Rəcəb Tayyib Ərdoğanı “mükəmməl lider” adlandıraraq, Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışına müsbət yanaşdığını ifadə edib.
Publika.az xəbər verir ki, Trampın bu açıqlamaları İsrail və Yunanıstan mətbuatında narahatlığa səbəb olub.
Yunanıstanın “Newsbomb” nəşri Trampın Ərdoğanla bağlı müsbət açıqlamalarının Türkiyə ilə İsrail arasında gərginliyin yüksək olduğu bir vaxtda siyasi mesaj olduğunu yazıb. Məqalədə qeyd olunub ki, F-35 satışı ilə bağlı açıqlama "sensasiyaya” yaradıb.

“Newsit” qəzeti isə Yunanıstanın ABŞ-ın Türkiyəyə F-35 satmaq ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyini, İsrailin isə bu ehtimala qəti şəkildə qarşı çıxdığını bildirib.
İsrailin “i24News” qəzeti F-35 satılması məsələsini açıq şəkildə qabardaraq Trampın Ərdoğanı tərifləməsinə tənqidi yanaşıb.
Roza
-
Region23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin122:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi










.png)





















