Dünya
Səudiyyə Ərəbistanı BƏƏ-yə ultimatum verdi: 24 saatınız var!
Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) qoşunlarını 24 saat ərzində Yəmən ərazisindən çıxarmağa və ölkədəki hər hansı bir tərəfə hərbi və ya maliyyə dəstəyini dayandırmağa çağırıb.
Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda Səudiyyə Ərəbistanının milli təhlükəsizliyinin "qırmızı xətt" olduğu və xüsusilə cənub sərhədlərində üzləşdiyi hər hansı bir təhdidə qarşı bütün lazımi tədbirlərin görüləcəyi bildirilib.
Həmçinin Cənubi Yəməndəki problemi həll etməyin yeganə yolunun dialoq olduğu vurğulanıb. Qeyd olunub ki, BƏƏ Səudiyyə Ərəbistanının cənub sərhədi yaxınlığında, Yəmənin şərqindəki Hadramaut və Mahra əyalətlərində hərbi əməliyyatlar aparmaq üçün Cənub Keçid Şurası (STC) qüvvələrini yerləşdirib.
Bildirilib ki, Səudiyyə Ərəbistanı bu hərəkətləri ölkənin milli təhlükəsizliyinə, eləcə də Yəmənin və regionun sabitliyinə təhdid hesab edir.
Roza
-
Region23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin122:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi










.png)





















