Dünya
Bu ölkələr artıq 2026-cı ili qarşıladı
Dünyanın bəzi ölkələri artıq 2026-cı ili qarşılayıb. Yeni il şənlikləri coğrafi mövqelərinə görə ilk olaraq Sakit okean hövzəsində yerləşən ölkələrdə başlayıb.
Publika.az xəbər verir ki, yerli vaxtla gecə yarısı tamam olan kimi Yeni Zelandiya, Samoa, Tonqa və Tokelau 2026-cı ilə qədəm qoyub. Dünyada yeni ilin ilk dəfə qeyd edildiyi ərazilər sırasında Samoa ilə Kiribatiyə məxsus Kiritimati adası (Christmas adası) xüsusi yer tutur. Məhz bu bölgələr planetdə Yeni ili hamıdan əvvəl qarşılayan məkanlar hesab olunur.
Kiribati və Samoadan sonra Yeni Zelandiya və Fici də saat 14:00-da 2026-cı ilə daxil olub. Yeni Zelandiyanın Oklend şəhərində yeni ilin gəlişi ənənəvi olaraq möhtəşəm hava fişəngləri ilə qeyd edilib. Sky Tower-dan buraxılan nəhəng atəşfəşanlıq minlərlə insanın diqqətini cəlb edib.
Avstraliya isə saat 16:00-da yeni ili qarşılayıb. Xüsusilə Sidney limanında təşkil olunan möhtəşəm şoular və atəşfəşanlıq dünya mediasının diqqət mərkəzində olub.
Yeni ilin qarşılanma ardıcıllığında Beynəlxalq Tarix Dəyişmə Xətti maraqlı detal kimi önə çıxır. Belə ki, hər il yeni ilə ilk girən Kiribatidən təxminən 2 min kilometr uzaqlıqda yerləşən, ABŞ-yə məxsus Baker adası Yeni ili ən gec qarşılayan ərazilərdən biri hesab olunur.
Bu arada Asiya ölkələri də 2026-cı ilə qədəm qoyub. Yaponiya və Cənubi Koreya saat 18:00-da yeni ili qarşılayıb.
Tokio və Seul şəhərlərində yeni ilin gəlişi münasibətilə müxtəlif mərasimlər, işıq şouları və kütləvi tədbirlər təşkil edilib.
Dünyanın digər ölkələrinin də saat fərqinə uyğun olaraq növbə ilə 2026-cı ilə daxil olması gözlənilir.
(Musavat.com)
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI































