Dünya
Bu gündən Litvada əcnəbilər üçün yeni qaydalar qüvvəyə minir
Ticarət və xidmət sektorlarında çalışan xarici işçilər üçün yeni dil qaydaları Litvada bu gündən qüvvəyə minəcək.
Publika.az xəbər verir ki, bu barədə LRT-i məlumat yayıb.
Tələblərə əsasən, ölkəyə gələnlər müştərilərə ən azı əsas səviyyədə dövlət dilində xidmət göstərməlidirlər ki, bu da Dillər üzrə Ümumi Avropa İstinad Çərçivəsindəki A1 kateqoriyasına uyğundur.
Uyğunlaşma üçün keçid dövrü nəzərdə tutulur: qaydaların qüvvəyə minməsindən sonrakı ilk altı ay "tolerantlıq dövrü" olacaq və bu müddət ərzində dil bilməməsinə görə cərimələr tətbiq edilməyəcək. Bundan sonra qayda pozuntularına görə 90-170 avro, təkrar pozanlara isə 200-400 avro arasında cərimə tətbiq olunacaq.
Bildirilir ki, Litva dilinin A1 səviyyəsində biliyi tələbi əcnəbinin ilk yaşayış icazəsini aldığı tarixdən etibarən iki il müddətində qüvvədə olacaq. 2025-ci ilin sonuna qədər belə bir sənəd alanlar üçün iki illik müddət 1 yanvar 2026-cı ildə başlayacaq. Oxşar tələblər mövsümi icazəsi olan işçilərə də şamil edilir. Müəyyən edilmiş sahələrdə iki il işlədikdən sonra işçilərdən daha yüksək dil biliyi səviyyəsi olan A2-yə nail olmaq tələb olunacaq.
Adəm
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman2 Aprel 19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ2 Aprel 19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi













.png)


















