Dünya
Almaniyanı qaranlığa qərq edən təşkilat - "Vulkan"ın 15 illik sirli hərəkətləri
Xəbər verdiyimiz kimi, ötən gündən etibarən Berlinin cənub-qərbində bir neçə rayonda əhali işıqsız qalıb. Elektrik kəsintisinə Lixterfelde elektrik stansiyasının yaxınlığındakı Teltov kanalının üzərindəki kabelli körpüdə baş verən yanğın səbəb olub.
Publika.az Almaniya mediasına istinadən xəbər verir ki, enerji infrastrukturunu hədəf alan bu təxribata görə məsuliyyəti öz üzərinə götürən "Vulkan" qrupu polisə məktub göndərib.
Məktubda Berlinin Lixterfelde rayonundakı törədilən yanğın "ictimai maraqlara uyğun hərəkət" kimi müdafiə olunub. Həmçinin bunun qazıntı yanacaq sənayesinə qarşı beynəlxalq həmrəylik aktı olduğu iddia edilib.
Almaniya daxili kəşfiyyat xidməti olan Konstitusiyanı Mühafizə üzrə Federal İdarənin (BfV) məlumatına görə, "Vulkan" qrupu 2011-ci ildən bəri Berlin və Brandenburq əyalətində vaxtaşırı vacib infrastruktur obyektlərinə qarşı yanğın və təxribat aktları həyata keçirir. Qrup "ətraf mühit" ritorikası adı altında dəmir yolu xətlərini, elektrik ötürücü kabellərini, telekommunikasiya infrastrukturunu və sənaye obyektlərini hədəf alan çoxsaylı hücumlarla əlaqələndirilib.

Almaniya təhlükəsizlik orqanlarının məlumatına görə, "Vulkan" qrupu "anti-kapitalist və ekoloji mübarizə" ritorikası ilə təyin edən "zorakı anarxist" bir struktur hesab olunur. Qrup iqlim böhranına qarşı dövlət siyasətini tamamilə rədd edir və enerji tələb edən sənaye və infrastrukturun sabotaj yolu ilə dayandırılmasını müdafiə edir. BfV hesabatlarına görə, qrupdakı üzvlərin dəqiq sayı və təşkilati strukturu məlum deyil. "Berliner Morgenpost" qəzetinin məlumatına görə, qrup öz adını İslandiyadakı vulkanlara istinad edir.
Qeyd edək ki, 3 yanvarda Berlində elektrik kabellərində baş verən yanğın nəticəsində təxminən 50 min ev təsərrüfatı və 200 kommersiya müştərisi elektriksiz qalıb. Ərazidə yaşayan 100 mindən çox insan elektrik kəsintisindən təsirlənib. Hakimiyyət orqanları elektrik kəsintilərinin 8 yanvara qədər davam edə biləcəyini açıqlayıb.
Roza
-
Region08:00İranda market yağmalandı, polis həlak oldu - VİDEO
-
Dünya07:47Braziliyada uzunömürlülüyün SİRRİ AÇILDI
-
Magazin106:16Azərbaycanlı aparıcıların bitirdiyi universitetlər və ixtisasları - SİYAHI
-
ABŞ04:44Venesuela ABŞ-a 50 milyon barrelə qədər neft TƏHVİL VERƏCƏK
-
Magazin103:13Tolikin verilişinin adından müğənnilərə qarşı DƏLƏDUZLUQ
-
ABŞ01:41ABŞ “Gecə Ovçuları”ndan sonra xüsusi helikopterləri də GÖNDƏRDİ
-
Dünya00:30Maduronun xanımına görə qadınlar AYAĞA QALXDILAR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük uğurlar qazanacaqsınız





























.jpg)
