ABŞ
ABŞ “Gecə Ovçuları”ndan sonra xüsusi helikopterləri də GÖNDƏRDİ
Xüsusi əməliyyatlar üçün istifadə olunan ABŞ-a məxsus iri hərbi helikopterlər Böyük Britaniyadakı aviabazalara köçürülüb.
Publika.az xəbər verir ki, bu barədə Forcesnews portalı məlumat yayıb.
Analitiklərin məlumatına görə, söhbət Qlosterşir qraflığındakı RAF Fairford aviabazasından gedir. Buraya "C-17 Globemaster" tipli onadək hərbi-nəqliyyat təyyarəsinin endiyi bildirilir. Böyük Britaniyanın digər hərbi bazasında — Saffolk qraflığındakı RAF Mildenhall aviabazasında isə müşahidəçilər dəqiq və güclü zərbələr endirmək imkanına malik iki ədəd silahlı "AC-130J Ghostrider" təyyarəsi qeydə alıblar.
"Forcesnews" yazır ki, hava gəmilərinin bir hissəsi ABŞ-ın Kentukki ştatındakı Fort Kempbell daxil olmaqla, Amerika hərbi obyektlərindən havaya qalxıb. Məhz burada ABŞ ordusunun 160-cı xüsusi aviasiya alayı — “Gecə Ovçuları” kimi tanınan bölmə yerləşir. Bu alay gecə vaxtı həyata keçirilən hava daşımaları üzrə ixtisaslaşıb. Nəşrin müəlliflərinin qeyd etdiyinə görə, bir sıra rezonans doğuran xüsusi əməliyyatlarda iştirak edib.
Mənbələrin məlumatına əsasən, Fairford aviabazasına enən "C-17" təyyarələri ən azı beş ədəd "MH-60M Black Hawk" və bir ədəd "MH-47G Chinook" helikopteri gətirib. Hər iki helikopter modeli 160-cı xüsusi aviasiya alayının arsenalındadır.
Jurnalistlər xatırladır ki, “Gecə Ovçuları” daha əvvəl də xüsusi əməliyyat qüvvələrinin təlimlərində iştirak etmək məqsədilə Böyük Britaniyada yerləşdirilmişdi.
Hüseyn İbadlı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı
























.jpg)


.jpg)
.webp)











