Dünya
ABŞ ritorikanı dəyişdi: Bu ərazini müharibə ilə yox, pulla almaq istəyir
ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun hərbi müdaxilədənsə, Qrenlandiyanı almağa üstünlük verdiyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Qəzet Rubionun ABŞ Konqresinin üzvləri üçün qapalı brifinqdə dediyi sözləri sitat gətirib:
"Tramp administrasiyasının sərt ritorikası hərbi müdaxiləyə hazırlıq yox, Danimarkaya danışıqlara başlamaq üçün təzyiq göstərmək məqsədi daşıyır".
Görüşdə Pentaqon katibi Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn də iştirak edib.
Görüşdə Venesueladakı hərbi əməliyyat müzakirə olunub, lakin Senatın Demokratlar Partiyasının lideri Çak Şumer administrasiyanın digər bölgələrdə, xüsusən də Meksikada və ya Qrenlandiyada güc tətbiqini nəzərdən keçirib-keçirmədiyini soruşub. Nəşrin qeyd etdiyi kimi, dövlət katibi Tramp administrasiyasının son sərt açıqlamalarının qaçılmaz müdaxilə əlaməti kimi şərh edilməməli olduğunu bildirib və əsas məqsədin adanın Danimarkadan potensial olaraq alınması olduğunu vurğulayıb.
Tural
-
Səhiyyə09:30Azərbaycanda həkim-xəstə qarşıdurması: Günahkar kimdir?
-
Hadisə09:21Goranboyda dəhşətli qətl - -Qazi saxlanıldı
-
Nida Xəbər 08:30Prezident Mikayılovu buna görə işdən azad edib
-
Magazin206:16Ariana Qrande məşhur jurnalı ələ saldı: Altıncı barmağa görə təşəkkürlər
-
ABŞ05:45İran hakimiyyəti "batan gəmidəki siçovullar kimi" davranır - ABŞ köçürülən pullar barədə...
-
İdman05:15“Qızıl top”a namizədlərin yenilənmiş reytinqi: Birinci kimdir?
-
ABŞ02:19Epşteyn işi: İlon Maskla yazışmalar üzə çıxdı
-
Qoroskop02:00Günün ulduz falı: Zehni gərginlik mümkündür

























.jpg)






